Azərbaycan – Gürcüstan sərhədi birtərəfli açılır

Azərbaycan – Gürcüstan sərhədi birtərəfli açılır

Azərbaycan – Gürcüstan sərhədi birtərəfli qaydada açılacaq.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi bildirib. Qeyd olunub ki, yaxın günlərdə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmalarına icazə veriləcək. Vətəndaşlar hər gün saat 10:00-13:00-da sərhəd keçid məntəqələrindən ölkələrinə keçə biləcəklər.

Bildirilib ki, məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyəti qurumları arasında razılıq əldə edilib və sərhədlərin açılacağı tarix müəyyənləşdirilir.

Gürcüstana qayıdan şəxslərin 14 gün müddətinə karantində saxlanılacağı bildirilib.