Bu gün Azərbaycan Güləş Federasiyasının növbədənkənar seçki
Ümumi Yığıncağı keçirilib.
AzerTimes-ın məlumatına görə, Federasiyasının prezidenti Mikayıl
Cabbarovun sədrliyi altında keçirilən tədbirdə AGF-nin üzvləri
iştirak edib. Yığıncaqda Azərbaycan Güləş Federasiyasının İcraiyyə
Komitəsinə yeni üzvlər səsvermə yoluyla seçilib. Sərbəst güləş üzrə
olimpiya çempionu Namiq Yadulla oğlu Abdullayev, yunan-Roma güləşi
üzrə olimpiya çempionu Fərid Salman oğlu Mansurov və Vasif Vaqif
oğlu Məmmədov İK-ya üzv seçilib.
Beləliklə, Azərbaycan Güləş Federasiyasının 5 nəfərdən ibarət
İcraiyyə Komitəsinin tərkibi aşağıdakı kimi formalaşıb:
1. Mikayıl Cabbarov – Azərbaycan Güləş Federasiyasının
prezidenti
2. Namiq Əliyev – Azərbaycan Güləş Federasiyasının
vitse-prezidenti
3. Namiq Abdullayev – Azərbaycan Güləş Federasiyasının İcraiyyə
Komitəsinin üzvü
4. Fərid Mansurov – Azərbaycan Güləş Federasiyasının İcraiyyə
Komitəsinin üzvü
5. Vasif Məmmədov – Azərbaycan Güləş Federasiyasının İcraiyyə
Komitəsinin üzvü
Qeyd edək ki, İK-nın yeni üzvü Vasif Məmmədov daha öncə Təhsil
Nazirliyində məktəbdənkənar təhsil şöbəsinin müdiri vəzifəsində
çalışıb.