Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə
dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, 23 yaşadək güləşçilərin Avropa
çempionatında yüksək nəticə qazanması ilə əlaqədar Azərbaycan
Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan
Güləş Federasiyasına 1 milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.

Teqlər: