Azərbaycan Gorus-Qafan yolu üzərində ilk yanacaqdoldurma məntəqəsini açıb (FOTO)

Azərbaycan-Ermənistan dövlət sərhədində, Qubadlı rayonu ərazisində ilk yanacaqdoldurma məntəqəsinin açılışı olub.

AzerTimes-ın məlumatına görə, yanacaqdoldurma məntəqəsi Qubadlının Eyvazlı kəndində, Gorus-Qafan yolu üzərində yerləşir.

Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib.

“Bu beynəlxalq bir yanacaqdoldurma məntəqəsidir. Burada Azərbaycana məxsus avtomobillərlə yanaşı, xarici tranzit avtomobillər də yanacaqla təmin olunacaq”, – R.Abdullayev deyib.

Teqlər: