Azərbaycan GM-200-ü 15 dəqiqəyə məhv edər – Xaçikyan

Azərbaycan GM-200-ü 15 dəqiqəyə məhv edər – Xaçikyan

Fransanın Ermənistandakı rolu simvolik, emosional jestlərlə məhdudlaşır və başqa heç nə yoxdur.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan deyib.

Xaçikyanın fikrincə, Fransanın verdiyi “Bastion”lar məhz bu məntiqə uyğundur:

“Onların təcavüzü dəf etmək üçün ciddi potensialı yoxdur. Üç ədəd GM-200 radarının Ermənistana satılmasına gəlincə, bu, simvolik addımların məntiqinə uyğundur, çünki bu radarlar düşmən tərəfindən 15 dəqiqə ərzində məhv edilə bilər. Fransanın “Le Monde” qəzeti birbaşa yazır ki, Ermənistana göstərilən yardım çox məhduddur və Fransanın erməni icmasını sakitləşdirməsi üçün nəzərdə tutulub. Bunu mənə ordakı icma üzvlərimiz də deyib. Onlar da bildirirlər ki, Fransanın Ermənistanda heç bir marağı yoxdur, İrəvan üçün edilən hər şey erməni icmasına hörmətdən irəli gəlir. Bu o deməkdir ki, yardımın həcminin artacağını gözləmək lazım deyil. Üstəlik, həm Fransa, həm də ABŞ açıq şəkildə bəyan edirlər ki, Ermənistana təcavüz olarsa, birbaşa müdaxilə olmayacaq”.

Teqlər: