Azərbaycan gimnastlarının Dünya Kubokunda məşq zamanı əldə etdikləri uğurları layiqincə nümayiş etdirəcəklərini gözləyirik – AGF-nin baş katibi

Azərbaycan gimnastlarının Bakıda Dünya Kubokunda məşq zamanı
əldə etdikləri uğurları layiqincə nümayiş etdirəcəklərini
gözləyirik.

Trend-in
məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Gimnastika
Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə deyib.

“Yeni Olimpiya dövründə qaydalar dəyişib və bütün gimnastlar öz
hərəkətlərini bu dəyişikliklərə uyğun təqdim edir. Fərdi proqramda
çıxış edən Azərbaycan gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova
müəyyən təcrübəyə malik gimnastlardır. Zöhrə Ağamirova 2019-cu il
yay Universiadasının gümüş mükafatçısıdır, Arzu Cəlilova gənclər
arasına dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Biz
onların məşq zamanı əldə etdikləri uğurları layiqincə nümayiş
etdirəcəklərini gözləyirik”, – deyə o bildirib.

Baş katib əlavə edib ki, Dünya Kuboku Azərbaycanın gimnastika
növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci və tamaşaçıların
iştirakı ilə keçirilən 2-ci beynəlxalq yarışdır.

“Dünya Kubokunun birinci günündə təsnifat mərhələləri keçirilir.
Sabah, yarışların ikinci günündə fərdi gimnastlar və qruplar
arasında çoxnövçülükdə qaliblər müəyyənləşəcək. Yarışların üçüncü,
yekun günündə ayrı-ayrı növlərdə finallar baş tutacaq”, –
N.Məmmədzadə deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: