Xəbər - Cani Babayeva – Trend:
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş
Qrupları Yarışlarında Milana Əliyeva və Nizam Xamidulin 12-18 yaş
kateqoriyasında qarışıq cütlüklər arasında finala çıxıb.
Trend-in məlumatına görə, gimnastlar iki
hərəkətin cəmində 54,100 xal yığaraq üçüncü yerdə qərarlaşıb.
Finala həmçinin Roni Ravid və Yuval Sasson (54,500 xal, İsrail),
Riana Latıpova və Vitali Pleşkov (54,400 xal, Rusiya), Edoardo
Ferraris və Arianna Luka (53,000 xal, İtaliya), Tobias
Kuper-Drayver və Anisa Arumuqam (52,630 xal, Böyük Britaniya), Joao
Karreyra və Matilda Krus (52,430 xal, Portuqaliya), Lük Rombuts və
Marel Vinstra (52,310 xal, Niderland), Lolita və Mark Dub (52,260
xal, Qazaxıstan) cütlükləri vəsiqə qazanıb.
Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.
Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.
Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.
Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.
(Tərcümə: Orxan Nəbiyev)