Azərbaycan gimnastları Dünya kubokundan 2 bürünc medal qazanıb

Mayın 11-dən 15-dək Portuqaliyanın Maya şəhərində akrobatika
gimnastikası üzrə Dünya kuboku keçirilib. Yarışda ölkəmizi Ağasif
Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz, Daniel
Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz və Leyla
Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın
qrupumuz təmsil edib.

Trend Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir
ki, Dünya kubokunda Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət
qarışıq cütlüyümüz, eləcə də Daniel Abbasov və Murad Rəfiyevdən
ibarət kişi cütlüyümüz qarışıq hərəkətlər proqramında bürünc medala
sahib çıxıblar.

Teqlər: