Azərbaycan gimnastları dünya çempionatında bürünc medal qazanıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında
Azərbaycan gimnastları Daniel Abbasov və Murad Rəfiyev kişi
cütlüklər arasında ümumi hərəkətlər proqramında bütünc medallara
layiq görülüb.

Trend-in məlumatına görə, cütlük 28,270 xal
toplayıb.

Bu yarışda ABŞ gimnastları Brayden MakDuqall və Anxel Feliks
28,400 xal yığaraq dünya çempionu olub. Qazaxıstan gimnastları
Vadim Şulyar və Daniel Dil 28,330 xalla gümüş medal qazanıb.

Dorina Bernat və Noem Stattner (Macarıstan) 26,950 xalla ikinci,
Aleksandra Rudakova və Damira Talqat (Qazaxıstan) 26,790 xalla
üçüncü olub.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq
cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans,
temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel
Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri
Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və
bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə
aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu
növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi
edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: