Azərbaycan gimnastları akrobatika gimnastikası üzrə dünya çempionatında finala çıxıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında çıxış
edən Azərbaycan gimnastları Ağasif Rəhimov və Raziyə Seyidli
qarışıq cütlüklər arasında balans hərəkətlərində finala vəsiqə
qazanıb.

Trend-in məlumatına görə, cütlük 28,760 xal
toplayıb.

Onlar təsnifat mərhələsini birinci yerdə başa vurublar.

Finala, həmçinin, Böyük Britaniya, Belçika, Almaniya, İsrail və
Portuqaliya cütlükləri vəsiqə qazanıb.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq
cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans,
temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel
Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri
Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və
bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə
aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu
növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi
edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: