Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevaya gimnastika növlərinin inkişafında görülən işlərə görə öz minnətdarlığımı bildirirəm – Fərid Qayıbov

Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım
Əliyevaya gimnastika növlərinin inkişafında görülən işlərə görə öz
minnətdarlığımı bildirirəm.

AzerTimes-ın məlumatına görə,
bunu gənclər və idman naziri Fərid Qayıbov Akrobatika gimnastikası
üzrə 28-ci Dünya Çempionatının açılış mərasimində deyib.

“Sizi, Gənclər və İdman Nazirliyi adından akrobatika
gimnastikası üzrə 28-ci Dünya Çempionatında salamlayıram!

Azərbaycanda idman siyasəti dövlət başçısı cənab İlham Əliyevin
rəhbərliyi altında uğurla həyata keçirilir. Müstəqil Azərbaycan
tarixində ölkəmiz, xüsusi ilə paytaxtımız müxtəlif, idman növləri
üzrə mötəbər yarışları təşkil etməsi ilə yadda qalıb. Gimnastika
növləri üzrə yarışların keçirilməsi də artıq bir ənənəyə
çevrilib.

Ötən illər ərzində, Bakı bədii gimnastika, aerobika gimnastikası
və batut gimnastikası üzrə dünya çempionatlarına ev sahibliyi edib.
Bu gün isə akrobatika gimnastikası üzrə dünya çempionatına start
verilir.

Bu da Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq aləmdə
fəal olmasından xəbər veirir. Burada mən Azərbaycan Gimnastika
Federasiyasının Prezidenti Mehriban xanım Əliyevaya gimnastika
növlərinin inkişafında görülən işlərə görə öz minnətdarlığımı
bildirirəm.

Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi və
nümayəndələrinə, Yerli Təşkilat Komitəsinin üzvlərinə, könüllülərə
və əməyi olan hər kəsə bu yarışların yüksək səviyyəədə təşkil
olunması üçün çəkdikləri zəhmətə görə təşəkkürümü bildirirəm!

Bu çempionatda iştirak edəcək bütün idmançılara uğurlar
arzulayıram!”, – F.Qayıbov bildirib.

Teqlər: