Xəbər - Cani Babayeva – Trend:
Azərbaycan gimnastı İvan Tixonov Tokio-2020 Yay Olimpiya oyunlarında idman gimnastikası üzrə təsnifat mərhələsində iştirak edib.
AzerTimes-ın məlumatına görə, o, dayaqla tullanma üzrə 13.600 xal, paralel qollarda hərəkətlərdə 12.766 xal toplayıb.
İdmançı, həmçinin turnikdə hərəkətlərdə 13.133 xal, sərbəstə hərəkətlərdə 13.233 xal qazanıb.
Qeyd edək ki, idman gimnastikası üzrə yarışlar iyulun 24-dən avqustun 3-dək davam edəcək. İdmançılar fərdi və komanda hesabında çoxnövçülükdə, eləcə də fərdi proqramda ayrı-ayrı hərəkətlərdə mübarizə aparacaq.
(Tərcümə: Orxan Nəbiyev)