Azərbaycan gimnastı Tokio Olimpiadasında xalça üzrə sərbəst hərəkətlərdə çıxış edib

Bu gün Tokioda yay Olimpiya oyunları çərçivəsində qadınlar arasında idman gimnastikası üzrə seçmə yarışları keçirilir. Azərbaycan komandasını Marina Nekrasovanın təmsil edir.

Trend xəbər verir ki, Azərbaycan idmançısının xalça üzərində sərbəst hərəkətlərindəki çıxışının nəticəsi 12.000 xal olub.

Qetd edək ki, daha əvvəl Azərbaycan idmançısı gimnastika tiri üzərində çıxış təqdim edərək 12.266 bal, müxtəlif hündürlüklü qollarda çıxışında isə 10.833 bal toplayıb.


Qadınlar arasında idman gimnastika yarışları 25 iyul – 3 avqust tarixlərində keçirilir.

Qeyd edək ki, Marina Nekrasovanın Olimpiadaya qazandığı lisenziya Azərbaycan qadın idman gimnastikası tarixində ilk olub.

Teqlər: