Bu gün Tokioda yay Olimpiya oyunları çərçivəsində qadınlar arasında idman gimnastikası üzrə seçmə yarışlar keçirilir.
Trend xəbər verir ki, Azərbaycan komandasın Marina Nekrasovanın təmsil edir.
Azərbaycanlı gimnast artıq müxtəlif hündürlüklü qollarda çıxış edib və 10.833 bal toplayıb.
Qadınlar arasında idman gimnastika yarışları 25 iyul – 3 avqust tarixlərində keçirilir. Turnir zamanı fərdi və komandalı çoxnövçülükdə, ayrıca fərdi fənlərdə medallar uğrunda mübarizə aparılacaq.
Qeyd edək ki, Marina Nekrasovanın Olimpiadaya qazandığı lisenziya Azərbaycan qadın idman gimnastikası tarixində ilk olub.