2020-ci ildə Tokioda Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycanı Zohra Ağamirovanın təmsil etdiyi fərdi çoxnövçülükdə bədii gimnastika üzrə seçmə yarışlar keçirilir.
AzerTimes-ın məlumatına görə, təsnifat mərhələsində ən yaxşı nəticə göstərən on gimnast fərdi çoxnövçülük yarışının finalına çıxacaq.
Halqa ilə kompozisiya üçün Azərbaycan idamnçısının nəticəsi 23.000 bal oldu. Daha əvvəl Z.Ağamirova topla (23.400 bal) hərəkətləri təqdim edib.
Hazırda iki çıxışın nəticələrinə görə Zöhrə Ağamirova dördüncü keçid yerini tutur (46.400 bal). Bundan əlavə, Azərbaycan gimmnastı daha iki çıxış nümayiş etdirməlidir.
Xatırladaq ki, Zöhrə Ağamirova Tokioda keçirilən Olimpiya Oyunlarına lisenziyanı ölkəmizdə 2019-cu ildə təşkil olunan bədii gimnastika üzrə Dünya Çempionatında qazanıb.