Azərbaycan gimnastı İtaliyada keçirilən Dünya Kubokunda gümüş medal qazanıb (FOTO)

Mayın 27-si və 28-də İtaliyanın Rimini şəhərində batut
gimnastikası və tamblinq üzrə Dünya kuboku keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a bildirilib ki,
yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvü Mixail Malkin
tamblinq üzrə yarışlarda gümüş medala layiq görülüb.

Finalda mübarizə aparan komandamızın digər üzvü Tofiq Əliyev isə
6-cı pillədə qərarlaşıb.

Teqlər: