Azərbaycan gimnastı Dünya Yaş Qrupları Yarışlarında tamblinq üzrə finala çıxıb

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycan gimnastı Tofiq Əliyev Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 17-21 yaş qrupu kişilər arasında tamblinq üzrə finala çıxıb.

Trend-in məlumatına görə, o, təsnifat mərhələsində 69.800 xal yığıb və birinci olub.

Finala, həmçinin Dominik Düma (ABŞ, 69.500 xal), Markus Adams (Böyük Britaniya, 69.500 xal), Mads Hansen (Danimarka, 69.000 xal), İkor Şikunov (Rusiya, 68.000 xal), Ayzek Bennison (Böyük Britaniya, 67.300 xal), Aleks Balinbin (ABŞ, 66.900 xal) və Aleksandr Flenn (Böyük Britaniya, 65.500 xal) vəsiqə qazanıb.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: