Azərbaycan gimnastı Bolqarıstanda keçirilən Dünya Kubokunda qızıl medal qaznıb

Mayın 26-dan 29-dək Bolqarıstanın Varna şəhərində kişi və qadın
idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya kuboku
keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a bildirilib ki,
yarışda ölkəmizi yığma komandamızın üzvləri Samirə Qəhrəmanova,
Milana Minakovskaya, Nikita Simonov, Mənsum Səfərov, Ağamurad
Qəhrəmanov təmsil ediblər.

Komandamızın üzvü Nikita Simonov halqalarla çıxışına görə bütün
rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Teqlər: