Xəbər - Cani Babayeva – Trend:
Azərbaycan gimnastı Marina Nekrasova Bazeldə (İsveçrə) keçirilən idman gimnastikası üzrə Avropa Çempionatının dayaqlı tullanmada finalına vəsiqə qazanıb.
AzerTimes-ın məlumatına görə, M.Nekrasova dayaqlı tullanmada 13.983 xal toplayaraq dördüncü yeri tutub, dəstəli at üzərində hərəkətlərdə isə 10.663 xal toplayıb.
Daha bir Azərbaycan gimnastı Milana Minakovskaya 4 hərəkətin yekunları üzrə ümumilikdə 41.974 xal toplayıb (dayaqlı tullanma – 12.100 xal, müxtəlif hündürlüklü qollar – 9.500 xal, dəstəli at – 8.708 xal, sərbəst hərəkətlər – 11.666 xal).
Qeyd edək ki, idman gimnastikası üzrə Avropa Çempionatı 21-25 aprel tarixlərində İsveçrənin Bazel şəhərində keçirilir. Yarışlarda 38 ölkədən 268 idmançı iştirak edir.
Kişi gimnastlar arasında yarışlarda Azərbaycanı Ağamurad Qəhrəmanov, İvan Tixonov və Nikita Simonov təmsil edirlər.