Azərbaycan gimnastı Mixail Malkin Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatında finala çıxıb.
AzerTimes-ın məlumatına görə, tamblinq yarışlarında çıxış edən gimnast iki cəhdin yekununda 75.200 xal toplayıb.
M.Malkin təsnifat mərhələsində üçüncü yeri tutub.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.
4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
(Tərcümə: Orxan Nəbiyev)