AFFA-nın icraçı vitse-prezidenti ölkə futbolunda VAR sisteminin tətbiqinin gecikməsi barədə danışıb.
Trend xəbər verir ki, o, qurumun Hesabat Konfransında layihəni növbəti mövsümə təxirə salmadıqlarını söyləyib.
“VAR-ın tәtbiqinin gecikmәsi sırf Çindә müvafiq çip istehsalının azalması sәbәbilә oldu. Ancaq bәhs edilәn problemә baxmayaraq, biz VAR layihәsini heç dә gәlәn mövsümә tәxirә salmamışıq. Әlimizdәn gәlәni edәcәyik ki, elә cari mövsümün gedişindә buna nail olaq. Bunun üçün ciddi addımlar atılır”, – deyə o əlavə edib.