Azərbaycan futbolunda bir ilk yaşandı

Azərbaycan futbolunda bir ilk yaşandı

AFFA Region Liqasının final matçında VAR sistemi tətbiq olunacaq.

AzerTimes “Offsideplus”a istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda “Çinar Zəngilan” və “Qusar” komandaları arasında keçiriləcək həlledici qarşılaşmada bu texnologiyadan istifadə olunacaq.

Bu, sözügedən yarışda bir ilk olacaq.

Diqqətinizə çatdıraq ki, VAR sistemi Azərbaycan Premyer Liqasında bu mövsümdən etibarən tətbiq olunur. Müasir texnologiya artıq Birinci Divizionda da test edilib.

Xatırladaq ki, iyunun 4-də keçiriləcək “Çinar Zəngilan” – “Qusar” oyununun start fiti saat 16:00-da veriləcək.

Teqlər: