Azərbaycan futbol yığmasının oyunlarının vaxtı bəlli oldu

Azərbaycan futbol yığmasının oyunlarının vaxtı bəlli oldu

UEFA Millətlər Liqasının 2020/2021 mövsümünün yeni təqvimi məlum olub.

Qrup mərhələsinin 3-4-5, 6-7-8 sentyabr, 10-11, 13-14 oktyabr, 14-15 və 17-18 noyabr tarixlərində baş tutacaq.

Milli komandalar yoldaşlıq görüşlərini oktyabrın 7-8-i və noyabrın 11-12-də keçirəcəklər.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasının C divizionunun 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq.