Azərbaycan futbol üzrə yığması Lüksemburq komandasını qəbul edir

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə Lüksemburq komandası arasında qarşılaşma başıayıb.

Trend xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunu Avstriyadan olan hakimlər briqadası idarə edir.

Azərbaycan millisinin heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev, Tellur Mütəllimov, Anton Krivotsyuk və Filip Ozobiç yer alıblar.

Lüksemburq komandasının start heyətinə isə Ralf Şon, Maksim Şano, Kristofer Martins, Danel Sinani, Jerson Rodrigeş, İvandro Borges, Dirk Karlson, Olivye Til, Leandro Barreyro, Mika Pinto və Loran Yans daxil edilib.

Millimizin yer aldığı A qrupunda Serbiya millisi 17 xalla birinci pillədə qərarlaşıb. Portuqaliya (16 xal) və Lüksemburq (6 xal) ilk üçlükdə yer alırlar. İrlandiya 5 xalla dördüncü, Azərbaycan isə 1 xalla sonuncu yerdədir.

Teqlər: