Azərbaycan “Formula 1” ilə 2024-cü il yarışından sonra vaxtı
bitəcək müqavilənin yenilənməsi ilə bağlı danışıqlara hələ
başlamayıb.
Trend xəbər
verir ki, bu barədə Bakı Şəhər Halqasının icraçı direktoru Arif
Rəhimov deyib.
Onun sözlərinə görə, gələn il üçün nəzərdə tutulan altı sprint
yarışlarının birinin keçiriliməsi uğrunda mübarizədə Bakının qalib
olmasını istərdi. Arif Rəhimov gələn ay Azərbaycan Qran Prisində “Formula 1” bossları ilə bunu müzakirə etməyi planlaşdırdığını
açıqlayıb.
“Mən sprint yarışının böyük tərəfdarıyam. Bu fikri çox
bəyənirəm. Ümumiyyətlə, marağı geri qaytarmaq üçün formatın
vaxtaşırı tənzimlənməsini dəstəkləyirəm.
İnsanlar eyni formata çox öyrəşdikdə və sonra maraq itirdikdə
işlər cansıxıcı ola bilər. Ona görə də belə dəyişikliklər baş
verəndə hesab edirəm ki, bu, idmana xeyirdir”, – deyə Arif Rəhimov
bildirib.