Azərbaycan fevralda gündəlik 566,3 min barel xam neft hasil edib

2022-ci ilin fevral ayında Azərbaycanda gündəlik neft
(kondensatla birlikdə) hasilatı 684,1 min barrel olub. Bunun 566,3
min barrelini xam neft, 117,8 min barrelini isə kondensat təşkil
edib.

Bu barədə Energetika Nazirliyindən AzerTimes-a verilən məlumatda deyilir.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 24-cü iclasında
qəbul edilmiş qərara əsasən Azərbaycanda gündəlik xam neft
hasilatının 2022-ci ilin fevral ayında daha 7 min barrel
artırılaraq 668 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin
isə 50 min barrel həcmində olması nəzərdə tutulurdu.

Teqlər: