Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Tərəfdaşlıq proqramının müddəti uzadılır.
AzerTimes-ın məlumatına görə, bununla bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Deputatlar Sazişin qüvvədəolma müddətinin uzadılmasının vacibliyini qeyd ediblər.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.