Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib

Xəbər - Elçin Mehdiyev – Trend:

Ötən ilin 11 ayı ərzində Azərbaycanın əsasən hansı ölkələrə məhsul ixrac etdiyi açıqlanıb.

AzerTimes-ın məlumatına görə, 2020-ci ilin yanvar-noyabr aylarında ixracın 31,4 faizini İtaliyaya, 19,2 faizini Türkiyəyə, 4,9 faizini Rusiyaya, 3,6 faizini Yunanıstana, 3,4 faizini Xorvatiyaya, hər biri 3,3 faiz olmaqla Gürcüstan və Çinə, 3,2 faizini Hindistana, 3,1 faizini İsrailə, hər biri 2,5 faiz olmaqla İspaniya və Ukraynaya, 2,2 faizini Tunisə, hər biri 1,8 faiz olmaqla Portuqaliya və Almaniyaya, 1,7 faizini Çexiyaya, 1,5 faizini İsveçrəyə, 10,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (38,3 faiz), Türkiyəyə (19,6 faiz), İsveçrəyə (12,3 faiz), Gürcüstana (7,1 faiz), Çinə (2,5 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2,1 faiz), İrana (1,6 faiz), Qazaxıstana (1,4 faiz), ABŞ-a (1,3 faiz), Almaniyaya (1,1 faiz), Belarusa (1,0 faiz), Türkmənistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 108 ölkəyə məhsul ixrac olunub, 175 ölkədən idxal olunub.

Teqlər: