Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə versə, biz bu haqlı mövqeyi dəstəkləyəcəyik – Beynəlxalq Komissiyanın baş direktoru

Bakı Trend:

Azərbaycan itkin düşmüş şəxslərin tapılmaması ilə bağlı
Ermənistanı beynəlxalq məhkəməyə versə, biz Azərbaycanın haqlı
mövqeyini dəstəkləyəcəyik.

AzerTimes-ın məlumatına görə, bunu İtkin düşmüş şəxslər üzrə
Beynəlxalq Komissiyanın baş direktoru Katrina Bpmberger deyib.

“Bu məsələ Beynəlxalq konvensiyaya uyğun olaraq həyata keçirilir
və itkinlərin tapılması ilə bağlı ölkələr üzərinə məsuliyyət düşür.
Bu prosesdə ölkələr məsuliyyət daşıyır.
Bildirirəm ki, bu, itkin düşmüş şəxslərin ailələrinin hüquqlarını
müdafiə etmək üçün bir amildir. Əgər bu məsələ ilə bağlı Azərbaycan
Ermənistanı beynəlxalq məhkəməyə verərsə, biz Azərbaycanın
mənafeyini müdafiə edəcəyik”, – deyə baş direktor vurğulayıb.

Teqlər: