Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın növbəti görüşləri Moskva və Brüsseldə keçiriləcək

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə
Komissiyanın ikinci görüşünün Moskvada, üçüncü görüşün isə
Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.

Bu barədə Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumatda deyilir.

Bildirilir ki, tərəflər dövlətlərarası sərhəddə görüşlərlə
yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə
keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər.

Qeyd edək ki, əldə edilmiş razılaşmaların həyata keçirilməsi
çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında bu gün
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və
Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın
Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla
Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya
formatında ilk görüşü keçirilib.

Teqlər: