Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə
Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək.
Trend-in
məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey
Rudenko deyib.
“Ümid edirik ki, görüş gələn həftə baş tutacaq”, – nazir müavini
jurnalistlərin suallarını cavablandırarkən deyib.
Qeyd edək ki, əldə edilmiş razılaşmaların həyata keçirilməsi
çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında ötən gün
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və
Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın
Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla
Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya
formatında ilk görüşü keçirilib. Komissiyanın ikinci görüşünün
Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq
əldə edilib.