Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi tərəflər arasında etimadın möhkəmləndirilməsinin zəruriliyini təsdiq edir – Aİ

Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi tərəflər arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin zəruriliyini təsdiq edir.

AzerTimes-ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr üzrə rəsmi nümayəndəsi Piter Stano deyib.

Onun sözlərinə görə, Aİ vəziyyətin tam şəkildə tənzimlənməsinə kömək etmək üçün tərəflərlə işləyir.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Teqlər: