Azərbaycan ermənilərinin xəlifəliyi repressiyaları dəstəklədi

Azərbaycan ermənilərinin xəlifəliyi repressiyaları dəstəklədi

Azərbaycan ermənilərinin xəlifəsi və Azərbaycan Erməniləri Xilafət Şurasının arxiyepiskopu Qriqor Çiftçiyan İrandakı son etiraz aksiyaları ilə bağlı bəyanat yayıb.

AzerTimes xəbər verir ki, o, İran rəsmilərinin fikirlərini təkrarlayaraq etirazçıları düşmən adlandırıb. Arxiyepiskop bəyanatında nümayişçiləri terrorçu, iğtişaşçı kimi qələmə verərək onların hərəkətlərini pisləyib.

İranda yaşayan bütün xalqların bərabər hüquqa malik olduğunu iddia edən erməni din xadimi etirazçıları fitnəkarlıqda ittiham edib.

Çiftçiyan etiraz aksiyalarının yatırılmasını istəyib və bu istiqamətdə İran hökumətinin hərəkətlərinə dəstək verdiklərini bildirib.

Teqlər: