Azərbaycan erməni siyasiləri bu cür “dinləyir”

Azərbaycan erməni siyasiləri bu cür “dinləyir”

Ermənistanda onlarla insan növbəti dəfə dövlət səviyyəsində “Peqasus” casus proqramlarının haker hücumunun hədəfinə çevrilib.

AzerTimes xəbər verir ki, bunu erməni ekspert Artur Papyan deyib.

Onun sözlərinə görə, bəzi vətəndaşlar “Cyberhub.am” komandasına Əpldan gələn haker hücumları ilə bağlı məlumat veriblər:

“Biz artıq bir neçə halı təhlil etdik, diaqnostik faylları yoxladıq və “Peqasus” casus proqramlarına yoluxma hallarını aşkar etdik. Bütün bunlar indi baş verməyib, çünki mümkün icazəsiz hərəkətləri düzəltmək, təhlil etmək və bildiriş göndərmək bir az vaxt tələb edir”.

Papyan bildirib ki, son baş verənlər 44 günlük müharibə və ondan sonrakı dövrlə, yəni birbaşa milli təhlükəsizlik məsələləri ilə bağlıdır:

“İlkin hesablamalarımıza görə, casus proqramdan Azərbaycan tərəfi istifadə edir, lakin Ermənistan hakimiyyətinin də ondan istifadə edə biləcəyi istisna edilmir. Adi insanların telefonları heç vaxt bu proqramın hədəfi olmayıb. “Peqasus” jurnalistlərin, siyasətçilərin, dövlət məmurlarının və ya onlara yaxın şəxslərin smartfonlarına nüfuz edib. Hücumlara yalnız Ayfon markalı telefonlar məruz qalır, Android sistemində işləyənlərdə isə bu virus qeydə alınmayıb”.

Teqlər: