Azərbaycan ərazisində heç bir anklav yoxdur – Politoloq

Azərbaycan ərazisində heç bir anklav yoxdur – Politoloq

Başkənd heç bir halda anklav sayıla bilməz. 1934-cü ilədək orada yaşayanların hamısı azərbaycanlı olub. Ermənilər köçürüldükdən sonra Başkəndin adını dəyişdirib “Arsvaşen” qoyublar. Yəni Ermənistanın Azərbaycan ərazisində heç bir anklavı yoxdur. Azərbaycanın onlarda olan Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləri də bizə qaytarılmalıdır. O kəndlər bizə məxsusdur.

AzerTimes xəbər verir ki, bunu politoloq Qabil Hüseynli Bakupost.az-a deyib.

O bildirib ki, Başkənd məsələsi gündəmə gətirilməməlidir:

“Ermənistan bunu gündəmə gətirsə, Başkəndin onun ərazisi olduğunu bildirəcək. Halbuki 1934-cü ilədək orada bir nəfər də olsun erməni yaşamayıb. Bunu sübut edən faktlar da var. Sübutlar və faktlar göstərir ki, ermənilər Başkəndə birbaşa Stalin və Beriyanın göstərişi ilə köçürülüb”.

Teqlər: