Azərbaycan ərazilərinin azad edilməsi Cənubi Qafqazın inkişafı üçün imkanlar yaradıb, lakin buna İranın hərəkətləri mane olur – “New Europe” qəzeti

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Cənubi Qafqazın inkişafı üçün regional əməkdaşlıq vasitəsilə yeni imkanlar yaradıb. Lakin bu inkişafa hələ də bir sıra amillər mane olur və ilk növbədə bu, İranın hərəkətləridir.

Trend-in “New Europe” müstəqil qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Kanada Qlobal Münasibətlər İnstitutunun elmi əməkdaşı Robert Katlerin məqaləsində deyilir.

Müəllif bildirir ki, ikinci Qarabağ müharibəsinin bitməsindən bir il sonra Cənubi Qafqazda həm siyasi, həm də fiziki baxımdan mənzərə dəyişib. Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpasında sürətlə irəliləyir.

“Onları ölkənin şərq hissəsi ilə birləşdirən avtomobil yolları çəkilib. Artıq bir beynəlxalq hava limanı açılıb. Azad edilmiş rayonlar Azərbaycan üçün iqtisadi artımın generatoruna çevrilir”- deyə müəllif bildirib.

Məqalədə qeyd edilir ki, Cənubi Qafqaza sülh və firavanlıq regional əməkdaşlıq vasitəsilə gələ bilər, lakin bunu hələ də bir sıra amillər əngəlləyir. Ekspert vurğulayır ki, ilk növbədə buna əngəl olan İranın hərəkətləridir.

“İran Cənubi Qafqazda öz maraqları üçün Ermənistanı Livan kimi uğursuz dövlətə çevirmək üzrə səy göstərməyə bütün əsasları var. Bu, Ermənistandakı ermənilər üçün, bütün Cənubi Qafqaz üçün, eləcə də Türkiyə və hətta Rusiya üçün fəlakət olar. Nisbətən sabit Ermənistan – hətta həqiqətən demokratik vətəndaş cəmiyyəti olsa belə – İranın himayə etdiyi terrorçuların təsirini artıran qeyri-sabit Ermənistandan daha çox Rusiyanın maraqlarına cavab verəcək” – deyə məqalədə bildirilib.

Onun sözlərinə görə, İran Türkiyəyə qarşı “erməni kartı”nı oynayır, amma son nəticədə bu, həm də Rusiyaya qarşıdır və onun milli maraqlarına cavab vermir.Rusiyanın təsiri altında olan nisbətən sabit və varlı olmayan Ermənistan Moskva üçün İslam İnqilabı Keşikçiləri Korpusunun güclü təsiri altında olan qeyri-sabit Ermənistandan daha faydalıdır.

Katler bildirir ki, demək olar ki, Ermənistan uğrunda mübarizə başlayıb və onun nəticəsi bütün Cənubi Qafqaz və onun hüdudlarından kənarda müəyyən nəticələrə gətirib çıxaracaq. Baş nazir Nikol Paşinyanın bu ilin iyununda keçirilən növbədənkənar parlament seçkilərində Yerevanda qələbəsi gözlənilməz idi, çünki o, İkinci Qarabağ müharibəsi zamanı hökumətin rəhbəri idi. Ermənistanın “Qarabağ klanı”nın iyirmi ildir ki, ölkəni dağıdan uğursuz siyasətini geridə qoymaq imkanı var. Ölkənin investisiyaya ehtiyacı var və bunun üçün rəsmi sülh müqaviləsi lazımdır. Ermənistanı uğursuz dövlət statusundan hələ də xilas etmək olar, amma kənar qüvvələr bunun əleyhinə işləyir.

Katler qeyd edir ki, bu “kənar qüvvələr” Azərbaycan deyil, çünki çiçəklənən, əsl demokratik Ermənistan yalnız bütün Cənubi Qafqazda beynəlxalq təhlükəsizliyə töhfə verə bilər. Doğrudan da, belə görünür ki, Ermənistana dinc məqsədlərlə sərmayə qoya biləcək yeganə ölkə Azərbaycandır. Bu səbəbdən mümkün qədər tez sülh müqaviləsi lazımdır.

Müəllif bildirir ki, hal-hazırda sabitliyi pozan qüvvə İrandan və ən fəal və mübariz hissələri İranla işləyən və yeni fəlakətli müharibənin təxribatına yönəlmiş erməni diasporundan gəlir.

Məqalədə qeyd edilir ki, Yerevanda beynəlxalq reklam və maliyyə dəstəyi üçün erməni diasporasından uzun müddət asılı olduqlarından əlavə, yeni xarici müttəfiqlər cəlb edir və tapırlar. Xüsusilə, ekspert vurğulayıb ki, İran gizli dəstəkdən Ermənistana açıq dəstəyə keçib. İranın hərbi şirkətlərinin rəhbərləri Ermənistana səfərlərinin sayını artırıb.

“Diplomatik əlaqələr güclənib. Yanvarda Yerevanda İran İxrac İnvestisiya Mərkəzi açılıb. Məntiqlidir ki, indi Azərbaycana gah az, gah çox düşmənlik bəsləyən İran, görünür, Azərbaycana qarşı üçüncü Qarabağ müharibəsini başlatmaq istəyən erməni diasporu ilə çoxlu ümumi cəhətlər tapır. Erməni diasporunun getdikcə daha çox nümayəndəsi İranın maraqları üçün lobbiçilik fəaliyyətini gücləndirir, həm də təkcə Yerevanda deyil” – deyə müəllif bildirib.

Onun sözlərinə görə, Erməni diasporu son üç onillikdə Yerevanda “müharibə partiyası”nın ən güclü elementlərindən biri olub:

Xaricdə yaşayan diaspor nümayəndələri bəyan etdikləri dağıdıcı siyasətin nəticələrini yaşamaq məcburiyyətində qalmırlar. 1990-cı illərdə Ermənistan prezidenti Levon Ter-Petrosyanın keçmiş baş müşaviri Jirayr Libarityan xəbərdarlıq etmişdi ki, mifomaniya və erməni diasporunun ərazi iddiaları Ermənistanı ölümə apara bilər.

Müəllif bildirir ki, Ermənistanın iqtisaidyyatı çöküb. Yerevandan kənarda yaşayan əhali ölkədən köç edir. Erməni diasporu real iqtisadi və sosial tərəqqi üçün Ermənistana birbaşa xarici sərmayə ilə böyük kömək edə bilərdi, lakin bunu etmir. Daha doğrusu, onun marağı kənardan müşahidə etmək, Ermənistandakı ermənilərin həyatı ilə maraqlanmamaqdır və bu yolla Rusiyanın maraqlarına, Türkiyənin maraqlarına və hətta yalnız Cənubi Qafqazda sabit və firavan qonşuluq istəyən Avropa İttifaqının maraqlarına zidd olaraq İrana kömək edir.

Teqlər: