“Elm və Müdriklik. Elm təşkil edilmiş biliklərdir. Müdrüklük
təşkil edilmiş həyatdır”. Bu sözlər məhşur alman filosofu,
maarifçilik dövrünün görkəmli mütəfəkkirlərindən biri İmanuil Kanta
məxsusdur. Tarix göstərir ki, ancaq elm və biliklərin vasitəsi ilə
insan mənalı həyatını təşkil edə bilər. Bəşəriyyət elmi
texnologiyalar əsrində yaşayır və əfsuslar olsun ki, müasir elm
biliklərə daha tez yiyələnir, nəinki cəmiyyət müdrikliyə nail olur.
Biz elmi və bilikləri müdriklikdən ayırmağı bacarmalıyıq. Elm və
biliklər insana həyatda qazanc gətirir, müdriklik isə səmərəli və
mənalı həyat qurmağa yardım edir.
Müdriklik elmdə sərbəstlik və onun inkişafına yönəldilən
düşüncülərin inkişafı deməkdir. Burada böyük elmi məktəb keçmək
xüsusi rol oynayır. Müasir zamanda böyük elmi məktəb keçməyən
insanın dərin elmi nəaliyyətlərə sahib olması mümkün deyil. Sözsüz
ki, dünyada vunderkind və dühalara rast gəlirik və onlar üçün heç
bir elmi məktəbə ehtiyac yoxdur. İ.Nyuton, RQauss, A.Puankare,
A.Eynşteyn, A.Kolmoqorov və digırləri. Belə şəxslər dünyaya 100
ildə bir dəfə gəlir. Böyük elm təşkilatçıları və tanınmış alimlərə
nəzər salaq. A.N.Nesmeyanov, M.V.Keldış, A.RAIeksandrov – SSRİ
Elmlər Akademiyasının keçmiş prezidentləri, İ.G.Petrovski,
R.V.Xoxlov, A.A.Logunov -M.V.Lomonosov adına Moskva Dövlət
universitetinin keçmiş rektorları, V.İ.Vernadski, B.Y.Paton –
Ukraina Elmlər Akademiyasının keçmiş prezidentləri,
N.İ.Musxelişvili – Gürcüstan Elmlər Akademiyasının prezidenti,
Nobel mükafatı laureatı tanınmış pakistanlı fizik Əbdüs Salam –
Ümümdünya Elmlər Akademiyasının və Nəzəri Fizika üzrə Beynəlxalq
Mərkəzin qurucusu və ilk rəhbəri. Bu alimlərin hər biri böyük elmi
məktəb keçmiş, həyatlarının və elmi fəaliyyətlərinin ən parlaq
dövrlərində elmə rəhbərlik etmişlər. Dünya çapında nəyəsə nail
olmaq və xalqımıza hər hansı fayda verə bilmək üçün Azərbaycan
elmində islahatlara, yeni nəfəsə və yüksək elmi nüfuza malik
islahatçı rəhbərə böyük ehtiyac vardır. Çoxdan sübut edilməş
həqiqətdir ki, yuxarıdan inzibati göstərişlır elmin inkişafına
nəinki kömək etmir, əksinə onun inkişafına əngəl törədir. Elm
məmurluğu qəbul etməz, ona görə elmə məmurluğu gətirmək deyil,
məmurluğu elmi əsaslar üzərində qurub daha produktiv etmək
lazımdır. Elmi təşkilatların rəhbərləri ilk öncə tanınmış alimlər
və elmdə nüfuzu olan şəxslər olmalıdır.
Bu gün Azərbaycan elmində və xüsusən Elmlər Akademiyasında
mürəkkəb vəziyyət yaranmışdır, demək olar ki, Akademiya ən ağır
günlərini yaşayır. Müxtəlif çəkişmələr və xoşa gəlməyən söhbətlər
sözsüz ki, elmin inkişafına böyük zərər verir. Elm müdriklik tələb
edir, amma elmdə müdriklik bürokratik təcrübə ilə və məqalələrin
sayı ilə ölçülmür. Digərlərinin işlərinə sahib çıxmaq və yazmadığı
məqalə və kitablarda həmmüəllif olmaq nəinki müdriklikdən uzaqdır,
bu heç bir etik normalarada sığmır. İldə 25-30 məqalə “yazan” “alimə” hörmət bəsləmək münkündürmü?
Dünya elminin tarixində ən məhsuldar alim Leonard Eyler
olmuşdur. 0, 60 illik elmi fəaliyyəti dövründə (76 il yaşamışdır)
850 elmi məqalə dərc etmişdir. Onun məqalələri üzərində çalışan bir
çox böyük alimlər ərsəyə gəlmişdir. RLaplas, J.Laqranj, A.Lejandr,
F.Qauss, O.Koşi, RÇebişev və d. Əgər L.Eyler kimi dahi ildə 12-13
məqalə hazırlayırdırsa bu psevdo-alimlər üçün bir dərs olmalıdır.
Məhz, burada elmi müdriklik özünü göstərməli və digərlərinin
işlərinə həmmüəllif olmaq praktiasına son verilməlidir.
Elmin maliyələşməsi. Elm maliyəni biliklərə çevirməkdən
ibarətdir və elmi biliklər nə qədər məqsədyönlü istifadə olunarsa,
о qədər elmi nəticələr cəmiyyət üçün səmərəli olar. Əgər elm
maliyyəni biliklərə çevirirsə, innovasiyalar bilikləri maliyyəyə
çevirir. Ona görə dünya elmində Maliyyə-Elm-İnnovasiya-Maliyyə
zənciri mövcuddur. Qeyd etmək lazımdır ki, əgər elm maliyyəni
biliklərə çevirirsə, innovasiyaların məqsədi elmə ayrılan
vəsaitləri dəfələrlə çoxaltmaqdan ibarətdir. Elmin gətirdiyi
gəlirlər böyük rəqəmlərlə ölçülür və ona görə dünyada elmin əsas
sponsoru dövlətdir. Son illər özəl şirkətlər və konsorsiumlar
(Samsung, Sony, Huawei və s.) tərəfindən elmə böyük vəsaitlərin
yönəldilməsinə baxmayaraq, elmin əsas sponsoru dövlət olaraq qalır.
Müasir elmin qeyri standard ideyalara və yeni istiqamətlərin
inkişafına ehtiyacı var. Bu gün maliyyə və aktuar riyaziyyatı,
maliyyə və koqnitiv texnologiyaları və digər yeni
sahələrin inkişafına ehtiyac var. Bu sahələri dərindən anlayan
və inkişaf etdirən alimlərin yetişməsi zamanənin tələbidir.
Dünyanın ən aparıcı dövləti olan ABŞ-da ildə elmə 500 mlrd.
dollardan çox vəsait ayırılır və bu vəsaitin yarısından çoxu dövlət
tərəfindən ödənilir. Elmin maliyyələşməsinə vəsait ayrılması
baxımından ABŞ-dan sonra Çin gəlir və bu ölkədə ildə elmə 400 mlrda
yaxın vəsait ayrılır.
Son 25 ildə bütün ölkələrdə alimlərin sayının azalması müşahidə
olunur, ABŞ və Çin istisna olmaqla. Bu ölkələrdə alimlərin sayı
artmaqdadır. Məhz, elmin yüksək səviyyəsinə görə bu ölkələr (Avropa
Birliyini çixmaq şərtilə) dünyanın iki nəhəng iqtisadiyyati
sayılır. Biliklər о zaman böyük maliyyələrin gəlməsinə səbəb olar
ki, onlar yüksək səviyyədə təşkil olunsun, konkret məsələlərə
yönəldilsin və konstruktiv plana uyğun olaraq həyata keçirilsin.
Biliklər sadəcə, qlobal məsələlərin həlli üçün mümkün olan bir
potensialdır. Biliklər о zaman real gücə çevrilə bilər ki, dəqiq
plan üzərində müxtəlif konkret məsələlərə yönəldilsin. Ona görə
sivil, inkişaf etmiş cəmiyyətdə elm və ümumiyyətlə, biliklər
məqsədyönlü istifadə olunaraq məmurluğun üzərində hökm sürür.
Bürokratiyanın, məmurluğun bilik və yaradıcılıq üzərində hökmranlıq
etməsi cəmiyyət üçün böyük təhlükədir. Elmin konvergensiyası. Qədim
Yunanıstanda elm bir bölünməz vahid kimi təsəvvür olunurdu. Müasir
zamanda müxtəlif elmi istiqamətlər arasında sərhədlər silinir və
elm təbiətin və insan düşüncəsi arasında olan əlaqəni ifadə edən
bir bölünməz varlığa çevrilərək öz köklərinə qayıdır.
Sivilizasiyanın inkişafı zamanı elmin transformasiyasına və yeni
elmi-texnoloji vəziyyətin, bəşəriyyətin XXI-ci əsrdə inkişafına
nəzər salaq. Söhbət elmin konvergensiya adlanan, müxtəlif elm
sahələrinin və texnologiyalrının bir biri ilə six əlaqəsindən
gedir. Yeni yaranmış elmi texnoloji vəziyyət aşağıda göstərilən
RNBİK prinsipə əsaslanır. Burada R- Riyaziyyat, N – nano, В – Bio,
İ – İT, К – canlıların və xüsusən insan şüurunu və fəaliyyətini
ifadə edən Koqnitiv texnologiyalar. Müasir zamanda təbiətdə olan
mürəkkəb proseslərin riyazi modellərini qurmadan onları araşdırmaq
mümkün deyil. XX-ci əsrin ən böyük kəşfi insan genomunun
açılmasıdır. Riyaziyyatın, fizikanın, kimya, biologiya psixologiya
və komputer texnologiyalarının bir araya gəlməsi və xüsusən
koqnitiv texnologiyalarının əsasında bu mümkün oldu.
Müasir zaman müxtəlif elmi sahələrin konvergensiyasının
gücləndirilməsini və koqnitiv texnologiyalarının inkişafını tələb
edir. Amma bu heç də demək deyil ki, bütün istiqamətləri bir araya
gətirib nələrsə yaradılacaq. Konkret sahələr və məqsədlər müəyyən
edilməli və bundan sonra bu məsələləri həll etmək üçün elmi
mərkəzlər yaradılmalıdır. Misal kimi Rusiyanı göstərmək olar.
Komputer texnologiyalarında Rusiya geridə qalsa da, bu ölkədə
fundamental elm sahələrində aparılan tədqiqatlar ən yüksək
səviyyədədir. Bu gün Rusiyada Dünya Səviyyəli Elmi Mərkəzlər
(mərkəzlər belə adlanır) fəaliyyət göstərir. Belə Mərkəzlərin
məqsədi konkret sahədə qarşıya vəzifələr qoyub ona nail olmaqdır.
Sevindirici haldır ki, bu Mərkəzlərin birində (Kazan Federal
unuversitetinin nəzdində yaranmış Planetimizdə Maye
Karbohidrogenlərin Səmərəli İstifadəsi Mərkəzi) AMEA-nın
vitse-prezidenti, akademik İbrahim Quliyev idarə heyətinə daxil
edilib. Bu onu göstərir ki, ölkəmizdə dünya səviyyəli alimlər
mövcuddur, amma ildən-ilə bu potensial azalır. Bu Mərkəzin
fəaliyyətində Skolkovo da iştrak edir. Belə Mərkəzlər büdcədən
deyil, digər müxtəlif təşkilatlar tərəfindən maliyyələşdirilir.
Məsələn, ABŞ-da belə Mərkəzlər Harvard və Yel universitetlərinin
nəzdində fəaliyyət göstərir və universitetin büdcəsindən
maliyyələşdirilir. Çində Gənc istedadlar proqramı həyata keçirilir.
Bu proqrama əsasən dünyanın və Çinin aparıcı alimləri, gənc
istedadlı Çinli araşdırmaçıları ilə bərabər, əhəmiyyətli dövlət
sifarişlərini həyata keçirirlər. Hər bir ölkə öz məqsədlərinə uyğun
olaraq belə Mərkəzləri yaradıb, konkret dövlət sifarişlərini həyata
keçirə bilər. Azərbaycan.
44 günlük müharibə Müzəffər Ordumuzun qələbəsi ilə başa çatdı və
ölkəmiz praktiki olaraq ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın
prezidenti cənab İlham Əliyev prioritet sahə kimi Qarabağın bərpa
olunmasını elan etdi və xüsusi olaraq ağıllı şəhər və qəsəbələrin
yaradılmasını qeyd etdi. Qarabağda Ağıllı şəhər və qəsəbələrin
yaradılması üçün belə Mərkəzin yaradılması məqsədə uyğun olardı.
Belə Mərkəzin işində iştrak etmək üçün bu sahədə dünyanın tanınmış
mütəxəsislərini və şirkətlərini dəvət etmək olar. Eyni zamanda gənc
alimlərimizi də bu işə səfərbər etmək faydalı olardı. Onlar həm
çalışıb, həm də öyrənib gələcəkdə aparıcı mütəxəssislərə çevrilə
bilərlər. Fevralın 2-də Bakıda gənclər təşkilatlarının 25 illiyinə
həsr olunmuş Gənclər Forumu keçirildi. Forumda ölkə prezidenti
cənab İlham Əliyev çıxışında gənclərin xaricdə təhsil alması
proqramını qeyd etdi. Belə proqramlar çərçivəsində konkret sahələr
üzrə (məsələn, ağıllı şəhər və qəsəbələr) gənclərin təhsil alması
məqsədə uyğun olardı. Şərt deyil ki, proqrama uyğun olaraq gənclər
bakalavr ya magistr pillələrində təhsil alsınlar. Paralel olaraq
belə proqramlar çərçivəsində gəncləri müxtəlif konkret sahələr üzrə
kurslara, ya tanınmış şirkətlərdə təcrübəyə göndərmək olardı.
Ağıllı şəhər və qəsəbələrin yaradılması kəsilməz prosesdir və onun
hər zaman yenilənməsi tələb olunur. Ona görə yüksək ixtisasa malik
olmuş gənclər belə Mərkəzlərdə daimi iş ala bilərdi. Bu günlərdə
Bakıda, on-line rejimində tanınmış alim Lütfi Zadənin 100 illiyinə
həsr olunmuş konfrans öz işini başa çatdırdı.
Konfrans ölkə prezidenti cənab İlham Əliyevin qərarına əsasən
keçirilirdi və konfransın işində 15 ölkədən aparıcı alimlər iştrak
edirdi. Yeni yaradılan Mərkəzlərin birinə Lürfi Zadənin adının
verilməsi məqsədə uyğun olardı və bunula biz həmyerlimizin adının
əbədləşdirilməsinə nail olaraq eyni zamanda Mərkəzin mövzusunu
müəyyən edərdik. Bu Mərkəzlə Soft Computing (Yumşaq hesablamalar)
sahəsində olan alimlər məmnuniyyətlə əməkdaşlıq edərdilər, ölkəmiz
isə konkret dövlət əhəmiyyətli məsələlərin həllinə nail olardı.
Digər gözəl misal kommunikasiya sahəsində dünyada məhşur olan
Çinin Huawei şirkətidir. Bu şirkət özəldir, amma onun səhmləri
sadəcə orada çalışan şəxslərə məxsusdur. Əgər işçi şirkəti tərk
edərsə üç il ərzində onun səhmləri pul dəyərində qaytarılır. Belə
yanaşma sağlam rəqabət yaradır və insanlar işlədiyi yeri yüksək
qiymətləndirir. Əgər Azərbaycanda yaradılan Mərkəzlər bu prinsiplə
yaradılarsa о zaman gənc və qabiliyyətli proqramçılarımız belə
Mərkəzlərə işləməyə daha həvəslə gələrlər. Elmi yeniliklərin
tətbiüi istiüamətində digər vacib sahə kənd təsərrüfatıdır. Bu
sahədə Hollandiya və İsraildə böyük nəaliyyətlər əldə edilmişdir.
Belətəcrübə Mərkəzlərin yaradılması nümunələri nəinki Azərbaycana
gətirilməlidir, eyni zamanda onların təcübəsi Azərbaycanın şəraiti
üçün uyğunlaşdırılmalı və inkişaf etdirilməlidir. Məsələn, bir
sahədən başlamaq olardı, tətbiqi riyaziyyat və rəqəmsal (digital)
texnologiyalar. Tətbiqi riyaziyyat maliyyə, bank işi, maliyyə
texnologiyalarının əsasını təşkil edir və bu sahələr dünyada
iqtisadiyyatın inkişafına böyük töhvələr verir. Rəqamsal
texnologiyalar ağıllı şəhər və qəsəbələrinin yaradılmasının
əsaslarını təşkil edir. Ona görə bu istiqamət konkret sahəni əhatə
edəcək. Digər tərəfdən rəqəmsal texnologiyalar dünyanın gələcəyidir
və onların tətbiqini gələcəkdə genişləndirmək olardı. Nəhayət,
riyazi modeller qurulmasa heç bir nəticə əldə etmək mümkün
olmayacaq. Belə Mərkəzlərin fəaliyyətini məmurlardan uzaq tutmaq
üçün onlar ya ölkə prezidentin, ya da baş nazirin himayəsi altında
fəaliyyət göstərməlidir. Zaman keçdikdə bu Mərkəzlər sərbəst, hətta
özəl ola bilər amma mütləq Huawei şirkətində qəbul olunmuş
prinsiplər əsasında. Məqalənin başlığında qoyulan suala cavab
olaraq, əminliklə demək istərdim ki, ölkəmizdə elmin reformasiyası
və islahatların həyata keçirilməsi həm dövlət, həm də mənəvi
baxımdan bir zərurətdir və zəmanənin tələbidir. AMEA-nın yeni nəfəs
və zamanın tələblərinə uyğun olan yeni addımlara ehtiyacı var. İlk
öncə kadr dəyişiklikləri və dərin islahatlar aparılmalıdır. Elmi
subyektivlikdən, elmdən uzaq olan psevdoalimlərdən və məmur
düşüncəsindən qurtarmaq lazımdır. Alimlərin cəmiyyətdə olan
nüfuzlarının yüksəldilməsi və elmi cəmiyyətdə ən prestijli və
cəlbedici sahəyə çevirmək, elmi sevən və ona xidmət edən hər bir
şəxsin müqəddəs borcudur.
Bu məsələrin həlli üçün elmdə öz sözünü demiş, sərbəst düşüncəyə
malik olan, fundamental elmin nəaliyyətlərini dərindən anlayan,
yüksək elmi nüfuzları olan liderlərə böyük ehtiyac var. AMEA
institutlarının birləşdirilməsi məsələsinə baxılmalı və onların
fəaliyyətlərini konkret məsələlərin həllinə yönəltmək bir
zərurətdir. İşçilərin sayı 20-30 olan institutlara ehtiyac yoxdur.
İnstitutların rəhbərlərinə institutun mövcud ştat vahidləri
daxilində yeni istiqamətlər üzrə qurumların yaradılmasına və elmi
nəticə verməyən strukturların bağlanılmasına imkan
yaradılmalıdır.
Bu gün ölkəmizi dərin təhsilli və elmə yüksək qiymət verən
prezident Iham Əliyev idarə edir. Ona görə, əminəm ki, elmi
ictimaiyyətimiz elmdə yeni islahatların həyata keçirilməsi üçün
lazımı qərarları qəbul edəcək və bu islahatlar ölkəmizin inkişafına
lazımı töhvələr verərək ölkə başçısı tərəfindən dəstəklənəcək.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Parlament Məclisinin Baş katibi, AMEA-nın akademiki, Ümumdünya
Elmlər Akademiyasının üzvü Asəf Hacıyev