İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri sürətlə davam edir. İki gözəl hava limanının inşası buna sübutdur.
AzerTimes xəbər verir ki, bu fikirləri Ağdamda səfərdə olan ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran Azərtac-a açıqlamasında söyləyib.
Ağdam şəhərinin yenidən qurulduğunu deyən Maykl Doran bildirib:
“Ümid edirəm ki, Ağdamda həyat yenidən canlanacaq. Azərbaycan Avropa və Asiyanı birləşdirən mühüm ölkədir. Bu regionun inkişafı üçün sülhün olması vacibdir”.