Azərbaycan əhalisinin banklarda nə qədər pulu var?

Azərbaycan əhalisinin banklarda olan vəsaitlərinin həcmi
açıqlanıb.

AzerTimes xəbər verir
ki, Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı
əmanətlərinin məbləği il ərzində 17,5 faiz artaraq 2022-ci il
fevral ayının 1-nə milli valyuta ekvivalentində 9 milyard 635,8
milyon manat təşkil edib.

Əmanətlərin 60,7 faizi milli, 39,3 faizi xarici valyutada
qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 44,5 faiz artıb, xarici valyutada qoyulmuş
əmanətlərin məbləği isə 8,9 faiz azalıb.

Teqlər: