Azərbaycan əhalisi təbii qaz istehlakını artırıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan əhalisi bu il təbii qazdan istifadəni artırıb.

AzerTimes-ın məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında əhali tərəfindən 2360,3 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çox təbii qaz istehlak edilib.

İstehlak edilən təbii qazın 37,2 faizi Bakı şəhərinin, 3,5 faizi Naxçıvan Muxtar Respublikasının, 10,7 faizi Abşeron-Xızı, 6,1 faizi Mərkəzi Aran, 6,0 faizi Gəncə-Daşkəsən, 6,0 faizi Lənkəran-Astara, 5,9 faizi Qazax-Tovuz, 5,0 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,6 faizi Qarabağ, 3,9 faizi Mil-Muğan, 3,8 faizi Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Twitter: @ElchinMehdiyev

Teqlər: