Azərbaycan əhalisi əsasən bu ölkələrə səfər edib

2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə
gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 3,0 dəfə
artaraq 184,2 min nəfər olub.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, Rusiya Federasiyasına
gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,3 dəfə, İrana
gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə,
Gürcüstana gedənlərin sayı isə 2,3 dəfə artmışdır. Ölkə
vətəndaşlarının 40,5 faizi Türkiyəyə, 24,9 faizi Rusiya
Federasiyasına, 11,7 faizi İrana, 7,8 faizi Gürcüstana, 15,1 faizi
digər ölkələrə səfər etmişdir. Gedənlərin 68,3 faizini kişilər,
31,7 faizini qadınlar təşkil edib.

2022-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən
Azərbaycan Respublikası vətəndaşlarının 35,0 faizi dəmir yolu və
avtomobil, 62,6 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından
istifadə edib.

Teqlər: