Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan əhalisi 2021-ci ilin yanvar-may aylarında avtomobil benzini və dizel yanacağının alınmasına 975.398 milyon manat pul xərcləyib.
AzerTimes-ın məlumatına görə, bu, əhalinin istehlak mallarının alınması üçün xərclədiyi ümumi vəsaitin 6,4 faizini təşkil edir.
Belə ki, qeyd olunan müddət ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,5 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.