Azərbaycan dünyada daim sülhə və təhlükəsizliyə mühüm töhfələr verən mövqeydən çıxış edir – Sahil Kərimli (VİDEO)

Azərbaycan dünyada daim sülhə və təhlükəsizliyə mühüm töhfələr
verən bir dövlət olaraq bu məsələnin də sülh yolu ilə həll olunması
mövqeyindən çıxış edir.

Trend xəbər verir ki, bunu Trend Beynəlxalq İnformasiya
Agentliyinin Baş direktorunun müavini Sahil Kərimlinin SİA-ya
müsahibəsində deyib.

S.Kərimli bildirib ki, Ukrayna ətrafında baş verən proseslər
bütün dünya üçün təhlükə yaradır. Əvvəlki günlərdə hərbi
əməliyyatlar bir qədər kiçik miqyas daşıyırdı. Getdikcə vəziyyət
daha da ciddiləşməyə başladı.

“Azərbaycan dövlətinin baş verən hadisələrə mövqeyi məlumdur.
Azərbaycan dünyada daim sülhə və təhlükəsizliyə mühüm töhfələr
verən bir dövlət olaraq bu məsələnin də sülh yolu ilə həll olunması
mövqeyindən çıxış edir. Təəssüf ki, dünən Belarusda baş tutan
görüşün də nəticəsi olmadı”, – deyə o əlavə edib.

Teqlər: