Azərbaycan Dünya Bankının pandemiyaya görə ayırdığı kreditdən imtina edib

Azərbaycan Dünya Bankının pandemiyaya görə ayırdığı kreditdən imtina edib.

Maliyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan “Sürətli COVID-19 Aləti” layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb.

Lakin kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib.


Hal-hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil.

Teqlər: