Azərbaycan Dünya Bankı ilə ölkədə İKT və nəqliyyat sektorlarının inkişafı, bu sahələrdə Dünya Bankının Azərbaycan hökuməti ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “X” (Tvitter) sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, bu barədə müzakirələr Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Ştefani Ştalmeysterlə görüşdə aparılıb.