Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq
gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol
oynayır.
Trend xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda
qeyd edib.
“Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı
tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz
qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin
həllində mühüm rol oynayır.
Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini
məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik
Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün
sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait
yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir”, –
deyə məktubda qeyd olunub.