Ukraynadakı vəziyyətlə bağlı bu ölkə ərazisində daimi və
müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan vətəndaşlarının
təxriyəsi davam etdirilir. Azərbaycan vətəndaşlarının Ukrayna
ərazisindən şıxarılmasında bu ölkədə fəaliyyət göstərən diplomatik
nümayəndəliklərimiz və diaspor təşkilatları yaxından iştirak
edirlər.
Vətəndaşlarımızın təxriyəsi Polşa, Rumıniya, Moldova və
Türkiyənin İstanbul şəhəri üzərindən həm çarter reysləri, həm də
qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığına əsasən, AZAL hər gün həmyerlilərimizin ölkəmizə
gətirilməsi üçün təxriyə uçuşları həyata keçirir. Azərbaycan
vətəndaşları üçün təxriyyə reysləri ödənişsizdir.
Bu bir daha göstərir ki, Azərbaycan dövləti sosial bir dövlətdir
və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən
və həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı,
onun təhlükəsizliyi, sosial-rifah halının durmadan yüksəldilməsi
dayanır və bu siyasət bundan sonra da uğurla davam etdiriləcək.
Milli Məclisin deputatı,
Rauf Əliyev.