Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə Azərbaycan dövlət büdcəsinə daxilolmalar 3,193 milyard manata bərabər olub və ötən ilin eyni dövrü ilə müqayisədə 7,45 faiz artıb.
Trend bu barədə DGK-nin hesabatına istinadən məlumat verir.
Eyni zamanda, hesabat dövründə gömrük rüsumlarından daxilolmalar 870,111 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,42 faiz çoxdur.
Hesabata əsasən, dövlət büdcəsinə əlavə dəyər vergisindən daxilolmalar 4,22 faiz artaraq 2,171 milyard manat təşkil edib.
Aksizlər üzrə daxilolmalar 16,6 faiz artaraq 120,543 milyon manat, yol vergisi daxilolmaları 15,3 faiz artaraq 31,703 milyon manat təşkil edib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)