Azərbaycan diplomatı Ukraynada “sülh formulu” toplantısında

Azərbaycan diplomatı Ukraynada “sülh formulu” toplantısında

Azərbaycan diplomatı Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın rəhbərliyi ilə keçirilən “sülh formulu” toplantısında iştirak edib.

AzerTimes Report-a istinadən xəbər verir ki, 58 ölkənin iştirak etdiyi iclasda diplomatlar Ukraynanın “sülh formulu”nu müzakirə ediblər.

Onlar enerji təhlükəsizliyinin təmin olunması və müharibənin miqyasının genişlənməsinin qarşısının alınması barədə danışıblar.

İclas iştirakçıları Səudiyyə Ərəbistanında aparılan danışıqları, eləcə də Ukraynanın ilin sonuna qədər keçirməyi planlaşdırdığı Qlobal Sülh Sammiti haqqında fikir mübadiləsi aparıblar.

A. Yermak müxtəlif ölkələrin Ukraynaya verdiyi təhlükəsizlik zəmanətləri barədə də iştirakçıları məlumatlandırıb.

Toplantıda ölkənin baş naziri Denis Şmıqal və digər rəsmilər də iştirak ediblər.

Toplantıda Azərbaycanı hansı diplomatın təmsil etdiyi açıqlanmayıb.

Teqlər: