Azərbaycan dili üzrə 911 nəfər imtahandan kəsilib

Xəbər - Elçin Mehdiyev – Trend:

24 iyun 2021-ci il tarixində keçirilən Azərbaycan dili fənni (dövlət dili kimi) üzrə imtahanda iştirak etməyən və “məqbul” qiymət ala bilməyən abituriyentlərin və şagirdlərin sayı məlum olub.

Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə, ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə əvvəlki imtahanda üzrlü səbəbdən iştirak etməyən XI sinif şagirdləri üçün Azərbaycan dili fənnindən ikinci test imtahanında iştirakı nəzərdə tutulan 2432 nəfərdən 157 nəfəri imtahana gəlməyib.


İmtahanların nəticələrinə əsasən 911 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət ala bilməyib.

Teqlər: